Meksikada sərnişin təyyarəsi qəzaya uğrayıb


Dünya 01 Avq 2018 08:35:00 258 0

Meksikada sərnişin təyyarəsi qəzaya uğrayıb

Meksikada "Aeromexico" aviaşirkətinin sərnişin təyyarəsi qəzaya uğrayıb.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə ölkənin Duranqo ştatında baş verib. Təyyarənin göyərtəsində 101 nəfərin olduğu bildirilir.

Ştatın mülki müdafiə xidməti bildirir ki, qəza Duranqo şəhərinin aeroportu yaxınlığında baş verib.

Təyyarə qəzasında ölən olmayıb.

Bunu ştatın qubernatoru Xose Rosas Aispuro özünün "Tvitter" hesabında yazıb.

"Təstiqlənir ki, AM2431 reysinin qəzaya uğraması nəticəsində heç kim ölməyib", - deyə Aispuro yazıb.