Bakıda parkda sərxoş halda olan kişi bıçaqlanıb


Kriminal 01 Avq 2018 08:40:00 284 0

Bakıda parkda sərxoş halda olan kişi bıçaqlanıb

Sabunçu rayonunda naməlum şəraitdə bir nəfər xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Avtobus sürücüsü Sülh küçəsində yerləşən parkda təxminən 40-45 yaşlı kişinin qarının açıq kəsilmiş yaralarını görüb ona kömək edib. 

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.