Nazir: "Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Qəbələ Beynəlxalq Musiqi Festivalı ən nüfuzlu beynəlxalq festivallarının siyahısına daxil olub"


Digərləri 01 Avq 2018 07:55:00 365 0

Nazir: "Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Qəbələ Beynəlxalq Musiqi Festivalı ən nüfuzlu beynəlxalq festivallarının siyahısına daxil olub"

Qəbələ Beynəlxalq Musiqi Festivalı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində ən nüfuzlu beynəlxalq festivalların siyahısına daxil olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib: "Qəbələyə festivala ən yaxşı dünya şöhrətli musiqiçilər, kollektivlər və vokalçılar gəlir. Bu yüksək nəticədir, çünki bu gün Qəbələyə mədəni istirahət üçün çoxlu sayda turistlər gəlir".