Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər nə yerdədir? (ÖZƏL)


Digərləri 01 Avq 2018 07:31:57 297 0

Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər nə yerdədir? (ÖZƏL)

Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir.

Bakı. Azad Həsənli - Azərbaycanda turizm mərkəzlərinə dəmir yolu çəkilişi üzrə işlər davam edir. "Azərbaycan Dəmir Yolları" QSC-dən Trend-ə bildiriblər ki, hazırda Qəbələyə dəmir yolu xətlərinin çəkilməsi istiqamətində işlər aparılır, torpaq yatağı hazırlanır: "Qəbələyə yol Ləkidən dönməklə çəkiləcək. Əvvəlcə Bakıdan Ləki stansiyasınadək, sonra Ləkidən sağ tərəfə çıxıb, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər gediləcək. Nəzərə almaq lazımdı ki, Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerlər var".