Zəhərli uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı


Digərləri 01 Avq 2018 07:28:00 263 0

Zəhərli uşaq ayaqqabıları istehsal edən 12 şirkət bağlandı

Zəhərli tullantıların təkrar istehsala qaytarılaraq bazarlara çıxarılması geniş rezonans doğurub. Xüsusilə də əldə edilən xammaldan uşaq ayaqqabılarının istehsalında istifadə edilməsi dünya mediasının gündəmini zəbt edib.

Son.az xəbər verir ki, Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə azyaşlılar üçün istehsal edilən ayaqqabıların sağlamlığa zərərli olduğu təsbit edilib. İtaliyanın Milan şəhəri və ətraf rayonlarında aparılan araşdırmalar zamanı məlum olub ki, zərərli tullantılar qeyri-qanuni şəkildə yenidən istehsala qaytarılaraq xüsusi anbarlarda çalışan şəxslərə satılır. Həmin işlərdə şübhəli bilinən 9 nəfər saxlanılıb.

Məlumatda qeyd olunub ki, zərərli tullantılardan əldə edilən xammaldan uşaq ayaqqabılarının və bir sıra üst geyimlərinin istehsalında istifadə edilir. Bu səbəbdən ölkədə tullantı toplanılması ilə məşğul olan şirkətlərdə monitorinqlər aparılıb, onların bu tullantıları qanuni yollara toplayıb məhv etdikləri, yoxsa qeyri-qanuni şəkildə bəzi şirkətlərə satdıqaları araşdırılıb.