Son 30 ildə kral pinqvinlərinin sayı kəskin şəkildə azalıb


Digərləri 01 Avq 2018 07:14:00 253 0

Son 30 ildə kral pinqvinlərinin sayı kəskin şəkildə azalıb

Alimlər son 30 ildə kral pinqvinlərinin sayında kəskin azalma olduğunu bildiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "Antarctic Science" jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, Hind okeanının cənubunda Fransaya aid "Cochons" adasında yaşayan dünyanın ən böyük kral pinqvinlərinin sayı 1980-ci illərdən indiyə kimi 88 faiz azalıb.