"WhatsApp"da artıq bu da mümkündür


Digərləri 01 Avq 2018 07:00:00 286 0

"WhatsApp"da artıq bu da mümkündür

"WhatsApp" messencerində artıq qrup zəngləri funksiyası əlçatandır. Yeni funksiya messencerin "iOS" və "Android" sistemləri üçün son yeniləməsində əlçatandır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirkətin yaydığı məlumata görə, qrup zəngində 4-dək istifadəçi iştirak edə bilər. Bunun üçün öncə həmin istifadəçilərdən birinə zəng vurmaq, daha sonra ekranın yuxarı sağ küncündə yerləşən "iştirakçıları əlavə etmək" düyməsinin üzərinə sıxmaq lazımdır.