"Xahiş edirəm, tez qayıt"


Şou-biznes 31 İyl 2018 23:32:00 286 0

"Xahiş edirəm, tez qayıt"

Xərçəng xəstəliyinə düçar olan əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial mediada paylaşım edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, türkiyəli müğənni Mahsum Kırmızıgülün "Belalım" mahnısına çəkilmiş klipi səhifəsində yerləşdirərək xanımına ürək sızladan mesaj göndərib:

"Bəzən həyat çox amansız olur. Bəzən isə sən çox aciz olursan, sevdiklərinə kömək edə bilmirsən, etmək istəyirsən, amma bacarmırsan.

Tez qayıt, xahiş edirəm. Allah mənim ömrümdən kəsib sənin ömrünə calasın. Amin!".


Xəbərə aid foto