Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqı özünün zəngin tarixi və mədəni irsini qorumaqla yanaşı, yeni idealar üçün də hər zaman açıqdır


Digərləri 31 İyl 2018 23:39:00 249 0

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan xalqı özünün zəngin tarixi və mədəni irsini qorumaqla yanaşı, yeni idealar üçün də hər zaman açıqdır

Azərbaycan xalqı özünün zəngin tarixi və mədəni irsini qorumaqla yanaşı, yeni idealar üçün də hər zaman açıqdır.

Bakı. Azərbaycan xalqı özünün zəngin tarixi və mədəni irsini qorumaqla yanaşı, yeni idealar üçün də hər zaman açıqdır. Bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın X Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçılarına ünvanladığı təbrik məktubunda deyilir. Təbrikdə deyilir: «Xanımlar və cənablar, Əziz dostlar, Hörmətli festival iştirakçıları ve qonaqları! Hər birinizi, Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçıları ve qonaqlarını ürəkdən salamlayıram. Azərbaycanın bu gözəl guşəsindəki görüşlərimiz artıq xoş bir ənənəyə çevrilmişdir. Biz sizinlə ilk dəfə 2009-cu ildə Qəbələ Birinci Beynəlxalq Klassik Musiqi Festivalında görüşmüşük. Bu gün isə mühüm bir yubileyi qeyd edirik. Qəbələ artıq onuncu ildir ki, parlaq musiqi bayramının iştirakçıları və qonaqlarını qəbul edir. Çox zəngin mədəni, irsi və musiqi ənənələri olan Azərbaycanda bu festivalın rəğbət və dəstək qazanması təqdirəlayiqdir. Xalqımız musiqi dünyasına Üzeyir Hacıbəyli, Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Müslüm Maqomayev, Bülbül, Rəşid Behbudov kimi korifeyləri bəxş etmişdir. Muğam, aşıq sənəti, xalq mahnıları və rəqsləri əsrlərin dərinliklərindən müasir dövrümüzə qədər bizə gəlib çatmışdır. Azərbaycanda klassik musiqi sənəti hər zaman yüksək qiymətləndirilib. Şərq və müsəlman aləmində ilk opera məhz Azərbaycanda yaranmış və səhnəyə qoyulmuşdur. Təsadüfi deyil ki, ölkəmiz regionun "musiqi paytaxtı" qeyri-rəsmi adını qazanmışdır. Azərbaycanda mütəmadi olaraq müxtəlif növ və janrlar üzrə çoxsaylı musiqi festivalları təşkil edilir. Qəbələ festivalı onlar arasında xüsusi yer tutur. Bu festival paytaxtda deyil, Azərbaycanın ən qədim və gözəl guşələrindən biri olan, əsrlər öncə Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələdə keçirilir. Festivalın keçirilməsi üçün seçilmiş bu məkan Azərbaycanın qədim tarixi və xalqımızın zəngin mədəni irsini, habelə ölkəmizin və onun regionlarının sosial-iqtisadi inkişafının bugünkü nailiyyətlərini özündə əks etdirir.