“Cəvahir əlkəlam” kitabı nədən bəhs edir?


Digərləri 31 İyl 2018 23:15:00 261 0

“Cəvahir əlkəlam” kitabı nədən bəhs edir?

"Cəvahir əl-kəlam" miladi XIX əsrdə yaşamış böyük cəfəri fəqihi Ayətullah ül-üzma Şeyx Mühəmməd Həsən İsfahani Nəcəfinin (1788-1850) qələmə aldığı irihəcmli fiqh kitabının adıdır. Şeyx Mühəmməd Həsən Nəcəf şəhərində, ruhani ailəsində doğulmuş, dövrünün böyük alimlərindən dərs almışdı. Rəşti, Şüştəri, Kənni, Maməqani, Kuhkəməri, Ali-Yasin kimi məşhur müctəhidlər onun tələbəsi olmuşlar. Şeyx Ənsari də onun elm xəzinəsindən bəhrələnmişdi.

Son.az islam.az-a istinadən bildirir ki, alim təqribən 25 yaşlarından etibarən "Cəvahir əl-kəlam" kitabını yazmağa başlamış və bu işə 30 ildən artıq vaxt sərf etmişdir. "Cəvahir əl-kəlam" miladi XIII əsrdə yaşamış böyük cəfəri alimi Mühəqqiq Hillinin "Şərayi-l-İslam" kitabına şərh olaraq qələmə alınmışdır. Əsər ən böyük fiqh ensiklopediyalarından sayılır. Kitab o qədər məşhur idi ki, müəllifini "Sahibi-Cəvahir", yəni "Cəvahir" kitabının müəllifi adlandırırdılar. Müctəhidlər arasında belə bir söz gəzirdi ki, kimdə "Cəvahir əl-kəlam" kitabı varsa, başqa fiqh kitabına ehtiyacı yoxdur. Bu irihəcmli əsər 43 cilddə nəşr olunmuşdur.