Dünya mədəniyyətini formalaşdıran beş ölkə


Digərləri 31 İyl 2018 23:05:00 289 0

Dünya mədəniyyətini formalaşdıran beş ölkə

Hərbi, siyasi və ya iqtisadi gücüylə deyil, mədəniyyəti ilə dünyaya ən çox təsir göstərən beş ölkə...

Ölkələrin qlobal miqyasdakı təsirləri ümumi olaraq hərbi, siyasi və ya iqtisadi gücləriylə ölçülür. Amma bəzi ölkələr mədəniyyətləri, yeməkləri, dəb və əyləncə dünyası ilə iz qoyub.

ABŞ-da aparılan bir araşdırmada (US News & World Report) nüfuz, xoşbəxtlik, müasirlik, hər mənada dəblə ayaqlaşmaq və əyləncə dünyasında mühüm yer tutmaq kimi amillər nəzərə alınaraq, dünyaya ən çox təsir göstərən ölkələrin siyahısı tərtib edilib.

İlk onluqdakı ölkələrin çoxu Avropada yer alarkən, Yaponiya (müasirlik və nüfuz baxımından), Brazilya (xoşbəxtlik və əyləncə mədəniyyəti) və ABŞ (müasir və qlobal təsir sahibi) kimi ölkələr də yuxarı sıralarda yer tutublar.

Beləliklə, ilk beşliyə daxil olan ölkələr...

İtaliya

Valentino, Armani, Versace və Gucci kimi markalarıyla məhşur olan İtaliya "dəblə ayaqlaşmaq" və "üstün olmaq" baxımından ən çox bal alan ölkədir.

İtalyanların görünüşlərinə diqqət etdikləri məlumdur. Lakin xırdalıqlara diqqət xüsusiyyəti yalnız dəb sahəsində deyil, yeməkdən tutmuş mebelə qədər bir çox sahə üçün keçərlidir.

Yemək zamanı İtaliya təsirini tam hiss etmək üçün Romaya getməyi tövsiyyə edirlər. Restoranda yemək burada çox geniş yayıldığı üçün, həm ənənəvi mətbəxi, həm də müasir yemək növlərini orada tapmaq mümkündür.

Fransadakı qələbə abidəsi və kafelər.

Fransa

"Müasirlik", "nüfuz" və "dəb arxasınca getmək" baxımından yüksək bal alan Fransanın mədəni təsiri də dünya miqyasında hiss olunur. Məsələn, Parisdə yaşayan və Been Around the Globe adlı blog saytında səyahətləriylə bağlı yazılar yazan Roobens Fils bu mövzuda bunları söyləyir.

"Çox uzaqlarda yaşayan insanlar belə fransız mətbəxini, sənətini və dəbini bəyənirlər və ilham alırlar. İrana gedən zaman Molyeri sevdiyini söyləyən insanlarla qarşılaşmaq məni çox təəccübləndirdi. Yəni İranda Molyeri tanıyırlar!".

Fransız mədəniyyətini ilk əldən təcrübə edəcək ən yaxşı yer Paris olsa da, Bordeaux, Lyon və Toulouse da çox yaxşı və daha kiçik miqyaslı alternativ şəhərlər olaraq qəbul edilir.

Bordeaux yaxşı şərablarıyla məhşurdur. Bundan başqa Paris xaricində çox sayda tarixi binaya sahib olan bir şəhərdir. Fransanın ən izdihamlı şəhəri olan Lyon isə ənənəvi fransız mətbəxi və üç ulduzlu Michelin restoranları ilə tanınır.

2000 illik Toulouse şəhəri terakota memarlığı ilə məhşurdur

2000 ildən artıq tarixi ilə cənubdakı Toulouse şəhəri terakota memarlığı ilə məhşurdur. Fransızlar millət olaraq şəxsiyyətləri və dilləriylə qürur hissi keçirirlər.

Bir çox fransız öz ölkəsində, bildiyi halda ingiliscə və ya başqa bir əcnəbi dildə danışmağa üstünlük verməz. "Fransada yaşamağa gələn biri orayla ayaqlaşmaq məcburiyyətindədir, çünki fransızlar sizə uyğunlaşmaq üçün cəhd etməzlər", Fils deyir.

ABŞ

ABŞ "müasirlik" və "əyləncə dünyasında təsir göstərmə" kateqoriyalarında tam xal qazanıb. Amerika filmləri, musiqiləri, televiziya proqramları dünya miqyasında seyr edilir. Ölkənin texnologiya sahəsi - Facebook, Twitter, Google, Amazon kimi şirkətləri ilə milyardlarla insanın həyatına daxil olmuş vəziyyətdədir.