Həkimlikdə bütün sürprizlərə hazır olmalısan


Digərləri 31 İyl 2018 22:55:00 255 0

Həkimlikdə bütün sürprizlərə hazır olmalısan

Avstraliyada Royal Darvin Hospitalının həkimləri olduqca maraqlı hadisə ilə üz-üzə qalıblar.

8 yaşlı oğlan uşağı xəstəxanaya qanda yüksək qurğuşun səviyyəsi şikayəti ilə göndərilir. 2 ildir ki , uşağın qanında 17.4 - 27.4 μg/dL qurğuşun olduğu aşkar edilir (Norma < 10) . Qarın rentgenoqramması zamanı qarnın sağ aşağı kvadratında çoxlu sayda kiçik yüksək sıxlıqlı sahələr görünür.

Ətraflı sorğu nəticəsində məlum olub ki, bütün ailə üzvləri mütəmadi olaraq qırmalı tüfənglə vurulmuş qaz ətləri yeyirlərmiş. Uşaqlarla maraqlandıqda isə məsələnin əsasını öyrənmək mümkün olub. Sən demə, onlar hədəfi qırmaları görünməz etmək olan bir oyunun parçası olaraq həmin bu qurğuşun qırmaları yeyirmişlər.