Türkiyə məhkəməsi amerikalı rahibi həbsdə saxladı


Dünya 31 İyl 2018 22:11:00 257 0

Türkiyə məhkəməsi amerikalı rahibi həbsdə saxladı

Türkiyə məhkəməsi amerikalı rahib Endryu Bransonun apellyasiyasına müsbət cavab verməyib və onu ev dustaqlığında saxlayıb.

Son.az oxu.az-a istinadən bildirir ki, daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Ankara Bransonun həbsi ilə bağlı mövqeyini dəyişməyəcək.

İyulun 26-da isə ABŞ-ın sözügedən problemlə əlaqədar Türkiyəyə qarşı iqtisadi sanksiyalar tətbiq edəcəyi ehtimalları gündəmə gəlmişdi.