Suriya ordusu cənubda hərbi əməliyyatları tamamladı
Dünya 31 İyl 2018 22:07:00 330 0
Suriyanın cənubunda terrorçulara qarşı silahlı qüvvələrin əməliyyatları çərşənbə axşamı tamamilə başa çatıb.
Son.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Astana formatı çərçivəsində Soçidə aparılan danışıqların nəticəsinə görə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev jurnalistlərə bildirib.
"Təsdiq etmək istəyirəm ki, Suriyanın cənub və cənubi-qərbində İŞİD və "An-Nüsra" Cəbhəsi terror təşkilatlarına qarşı əməliyyatlar tamamilə başa çatıb. El-Kuneytra, Deraa və Suriya-İsrail-İordaniya sərhədi döyüşçülərdən tamamilə təmizlənib", - Lavrentyev əlavə edib.
Mənbə: milli.az