Şah İsmayıl Xətainin həyat yoldaşı əsir düşübmü?


Digərləri 31 İyl 2018 21:45:00 301 0

Şah İsmayıl Xətainin həyat yoldaşı əsir düşübmü?

Şah İsmayıl Xətainin həyat yoldaşı Taclı Bəyim Çaldıran döyüşündə Osmanlı ordusuna həqiqətən əsir düşübmü?

Təəssüf ki, böyük şəxsiyyətlərin həyatı barədə həqiqətə uyğun olan məlumatlarla yanaşı, uydurma rəvayətlər də mövcuddur. Bu rəvayətlərin bir hissəsi həmin şəxsiyyəti təhqir etmək və gözdən salmaq məqsədi ilə yaradılmışdır.

Son.az islam.az-a istinadən bildirir ki, Şah İsmayılın həyat yoldaşı Taclı Bəyimin guya Çaldıran savaşından sonra Osmanlı ordusuna əsir düşməsi barədə şayiələr də bu qəbildəndir. Səfəvi mənbələrinin böyük əksəriyyəti və Osmanlı mənbələrinin bir hissəsi Taclı Bəyimin Çaldıran savaşına qatılmasını təsdiqləmir. Yuxarıdakı rəvayət Osmanlı mənbələrinin bir hissəsində qeyd edilir. Bu barədə yazılanlar da ziddiyyətlidir. Belə ki, bəzi kitablarda onun əsir düşdükdən sonra çirkin sifətli bir paşaya ərə verildiyi, daha sonra həmin paşa sultanın əmri ilə edam edildikdən sonra başqa bir paşa ilə ailə qurduğu, bəzi kitablarda isə cəmi bir gün əsirlikdə qaldığı və öz qiymətli bəzək əşyalarını verməklə əsirlikdən xilas olduğu göstərilir.