Həzrət Məryəm Harunun bacısı idimi?


Digərləri 31 İyl 2018 21:20:00 286 0

Həzrət Məryəm Harunun bacısı idimi?

Quranda belə bir ayə vardır: "Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub". ("Məryəm (s.ə)" 28).

Bəziləri bu ayəyə əsasən iddia edirlər ki, Həzrət Məryəm (s.ə) Harunun (ə) bacısı olub.

Həzrət Məryəm (s.ə) Harunun (ə) bacısı deyildir. Çünki xanımın qardaşı olmamışdır. Sadəcə Bəni-İsrayil öz aralarında ona "Uxti Harun" ("Harunun bacısı") deyirdilər. Harunla (ə) Məryəmin (s.ə) arasında onillərlə fasilə vardır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Bəni-İsrayilin Məryəmi (s.ə) Harunun (ə) bacısı kimi çağırması barəsində təfsirçilər deyir ki, Harun çox pak və saleh insan olmuşdur. Bəni-İsrayil arasında o qədər məşhur olmuşdur ki, hər kimi pak insan kimi tanıtmaq istəyən zaman deyərdilər: "o, Harunun bacısıdır", ya da "o, Harunun qardaşıdır".