Ailəsi tərəfindən küçəyə atılan Yaşar Quliyev


Digərləri 31 İyl 2018 21:11:00 293 0

Ailəsi tərəfindən küçəyə atılan Yaşar Quliyev

Ailəsi tərəfindən küçəyə atılan və dörd aydır Sumqayıtda qarajda yaşayan 70 yaşlı Yaşar Quliyev qocalar evinə yerləşdirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Sumqayıtdan Bakıya gətirilən Yaşar Quliyev küçəyə atılması məsələsinə aydınlıq gətirib. O, bu hadisədə əsas günahkarın arvadı olduğunu idda edib. Dediyinə görə, o, Türkiyədə olan zaman həyat yoldaşı ondan icazəsiz işə düzəlib. Bu isə ailədə münaqişəyə səbəb olub. Nəticədə arvadı onu küçəyə atıb.

Yaşar Quliyev, hətta qocalar evinə yerləşdirilən zaman övladlarının imtina kağızını imzalamaq istəmədiklərini deyib.

Dörd aydır Sumqayıtda qarajda yaşayan Yaşar Quliyev artıq dünəndən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə yerləşdirilib və hər bir şəraiti, məişət avadanlıqları olan otaqla təmin edilib.