Ünvanına cərimə protokolu gəlib, amma sürücü razılaşmır


Digərləri 31 İyl 2018 21:12:00 337 0

Ünvanına cərimə protokolu gəlib, amma sürücü razılaşmır

Goranboy sakini sürət həddinin aşılması ilə bağlı ona yazılan protokolla razılaşmır. İddia edir ki, başqa avtomobilə aid olan cərimə ona gəlib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Goranboy rayon Xanqərvənd kənd sakini Yasin Nəbiyev deyir ki, 10 gün əvvəl Ucara yas mərasiminə gedib. Oradan qayıtdıqdan bir neçə gün sonra isə saatda 90 kilometr sürət həddi qoyulan yolda 172 kilomter/saat sürətlə radara düşdüyünü öyrənib. Bu qayda pozuntusuna görə də 250 manat məbləğində cərimə protokolu yazılıb.

Yasin Nəbiyev iddia edir ki, bu cərimə ona aid deyil və səhvən onun ünvanına göndərilib. Çünki qayda pozuntusu baş verən ərazidə başqa bir avtomobil yüksək sürətlə onu ötüb keçib. İdarə etdiyi minik avtomoilinin də heç o cür sürətlə gedə bilməyəcəyini deyir.