Kimlər işsizlikdən sığorta ödənişi ala biləcək?


Digərləri 31 İyl 2018 21:06:00 264 0

Kimlər işsizlikdən sığorta ödənişi ala biləcək?

İşini itirən şəxslər işsizlikdən sığorta ödənişi alacaqlar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər və işəgötürənlərə müraciət edib. Bildirilir ki, müəssisənin ləğvi, işçilərin sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon və ya şəhərdə Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslər işsizlikdən sığorta ödənişini almaq hüquqlarına malikdirlər.

Əmək müqaviləsinə xitam verilən və işsiz kimi qeydiyyata alınmış şəxslər azı 3 il sığorta stajına malik olduqda onlar sığorta ödənişini ala bilərlər.

Nazirliyin şöbə müdiri Elnur Süleymanov işini itirmiş şəxslərin bu barədə məlumatsız olduqlarından narahatdır və onların vaxt itirmədən təhkim olunduqları müvafiq qurumlara müraciət etmələrini tövsiyə edir.