Elmira Axundova: "Onunla məhkəmədə görüşəcəyik"


Digərləri 31 İyl 2018 20:37:00 254 0

Elmira Axundova: "Onunla məhkəmədə görüşəcəyik"

Artıq bir neçə gündür bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasındakı telefon söhbətinin audioyazısı yayılıb.

Son.az APA TV-yə istinadla bildirir ki, telefon danışığından anlaşılır ki, söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir.

Elmira Axundova bir neçə dəfə həmin məbləği qaytaracağını vəd edir. Deputat söz verir ki, oğlu ilə birlikdə adı hallandırılan qalmaqallı borc məsələsinin həllinə çalışır.

Deputat Elmira Axundova problemin məhkəmə müstəvisində ədalətli həll ediləcəyinə inandığını deyir: "Hamı bilsin ki, Fərman Məmmədovla Binəqədi rayon məhkəməsində iki ildən çoxdur ki, bizim məhkəməmiz gedir. Və həmin o audio və video yazılar mənim tərəfimdən Binəqədi məhkəməsinə təqdim olunub. Mən artıq Binəqədi məhkəməsindən özüm tələb etmişəm ki, məsələ araşdırılsın və sorğu göndərilsin. Mənim o adamla iş birliyim olub, ya yox? Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İbrahimovun da məhkəməsi gedir".