Heydər Camalın oğlu Afrikada öldürüldü


Dünya 31 İyl 2018 20:23:00 243 0

Heydər Camalın oğlu Afrikada öldürüldü

Mərkəzi Afrika Respublikasında jurnalistlər - məşhur filosof Heydər Camalın oğlu Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev öldürülüblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Təhqiqatların idarə edilməsi mərkəzi"ndən iki mənbə məlumat verib. Adları çəkilən rusiyalılar həmin ölkədə "Vaqner" özəl hərbi şirkətinin işi barədə sənədli layihə üzərində işləyirmişlər.

Telekanalın mənbələrindən birinin sözlərinə görə, çəkiliş qrupunun ölümünü BMT-nin MAR-dakı missiyası və yerli dövlət qulluqçuları təsdiqləyiblər.