Azərbaycanlı Ukraynada dörd yaşlı qızı qarət etdi


Digərləri 31 İyl 2018 20:27:00 206 0

Azərbaycanlı Ukraynada dörd yaşlı qızı qarət etdi

Ukraynanın Xerson bölgəsində Azərbaycan vətəndaşı dörd yaşlı qızı qarət edib.

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı Xerson vilayətinin polis bölməsinin mətbuat xidməti məlumat yayıb.

"Cinayət Suvorov rayonunda baş verib. Naməlum şəxs dörd yaşlı qıza yaxınlaşıb, onun əlindən tutub və kolluğa aparıb. Orada o, uşağın qulağındakı qızıl sırğaları çıxarıb və aradan çıxıb. Cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb", - məlumatda deyilir.