DİQQƏT: İsti hava bu insanlar üçün təhlükəlidir VİDEO FOTO


Digərləri 31 İyl 2018 20:00:00 292 0

DİQQƏT: İsti hava bu insanlar üçün təhlükəlidir  VİDEO  FOTO

Qızmar isti hava insanın sağlamlığı və hətta həyatı üçün ciddi risk faktoru sayılır.

Son.az ARB 24-ə istinadla xəbər verir ki, bəzi qrup insanlar üçün isti hava daha təhlükəlidir.

Sumqayıt sakini Sevinc Novruzova da belələrindəndir.

Sevinc Novruzova - Sakin: "Son zamanlar havaların isti keçməsi insan orqanizmində fəsadlar törədir. Hamı kimi mənə də təsirini göstərir. Misal üçün baş ağrısı, sinir sisteminin pozulması, halsızlıq və əsas ürək ağrısı".

Ürək-damar xəstəliyi olan insanlar anomal istilərdə çox ehtiyatlı olmalıdırlar. Çünki yay aylarında ürək tutmaları, infarkt, ürək xəstəliklərinin ağırlaşması hallarına daha tez-tez rast gəlinir. Buna görə də, isti havalarda belə xəstələr özlərini qorumalıdırlar.

Nüşabə Abdullayeva - Terapevt: "Bu xüsusilə xroniki xəstəlikləri olan insanlarda özünü büruzə verir. Günvurmalarla insanların tibb müəssisələrinə müraciəti artır. İsti havalar xroniki ürək çatışmazlığı olan xəstələrdə, yaşlı xəstələrdə, arterial hipertenziyası olan xəstələrdə, böyrək çatışmazlığı olan xəstələrdə daha çox özünü göstərir".

Bu insanlar isti havanın orqanizmə olan mənfi təsirini mümkün qədər azaltmaq üçün günorta saatlarında çölə çıxmamalı, sərin yerdə qalmalı, düzgün qidalanmalı və kifayət qədər maye qəbul etməlidirlər. Bundan başqa, təyin olunmuş dərman preparatlarını vaxtında qəbul etmək, sağlamlığında cüzi də olsa dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır.

Mövsüm dəyişikliyi insanın psixoloji vəziyyətinə də təsirsiz ötüşmür. İnsanların bir qismi yay aylarında özlərini daha yaxşı hiss edir. Bir qismi isə əksinə, enerji azlığı, yorğunluq, diqqət pozuntusu, sıxıntı, yuxusuzluq və iştah dəyişiklikləri hiss edir.


Xəbərə aid fotolar