Ağstafa su anbarının sahilində 6 ədəd mərmi tapılıb (FOTO)


Digərləri 31 İyl 2018 19:33:00 234 0

Ağstafa su anbarının sahilində 6 ədəd mərmi tapılıb (FOTO)

Qazaxın Cəfərli kəndində 6 ədəd müxtəlif növ partlamış-yanmış mərmilər aşkar olunub.

Bakı. Qazaxın Cəfərli kəndində 6 ədəd müxtəlif növ partlamış-yanmış mərmilər aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 15:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.