Bakıda havanı çirkləndirən şəxs cərimələnib


Digərləri 31 İyl 2018 19:16:00 246 0

Bakıda havanı çirkləndirən şəxs cərimələnib

Bakının Sabunçu rayonunda atmosfer havasını çirkləndirən vəzifəli şəxs cərimələnib.

Bakı. Bakının Sabunçu rayonunda atmosfer havasını çirkləndirən vəzifəli şəxs cərimələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Trend-ə verilən məlumata görə, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Anaşkin küçəsi 27 ünvanında fəaliyyət göstərən Bakı Fəhləsi Maşınqayırma Törəmə ASC-nin şüşə-boru sexi atmosfer havasını çirkləndirdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb.