Fransada miqrantlarla polis toqquşdu


Dünya 31 İyl 2018 19:00:00 234 0

Fransada miqrantlarla polis toqquşdu

Fransanın şimal-şərqindəki Kale şəhərində miqrantlarla toqquşma nəticəsində 4 polis əməkdaşı xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşma miqrantlar Kale limanı yaxınlığında yerləşən sənaye zonasına daxil olmağa çalışarkən başlayıb.

Miqrantlar onların qarşısını kəsməyə çalışan polislərə daş atıblar.