Prezident İlham Əliyev Benin dövlət başçısını təbrik edib


Siyasət 31 İyl 2018 19:02:00 242 0

Prezident İlham Əliyev Benin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Benin Prezidenti Patris Talona təbrik məktubu göndərib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Benin Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi arzulayıram".