Prezident İlham Əliyev isveçrəli həmkarını təbrik edib


Digərləri 31 İyl 2018 18:57:00 213 0

Prezident İlham Əliyev isveçrəli həmkarını təbrik edib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Alan Berseyə təbrik məktubu göndərib.

Bakı. Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının Prezidenti Alan Berseyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, İsveçrə Konfederasiyasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İsveçrə arasındakı dostluq əlaqələrinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın dərinləşməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveçrə xalqına daim əmin-amanlıq və rifah diləyirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin