Türkiyədə "Azərbaycan rüzgarı" adlı veriliş efirə gedəcək


Digərləri 31 İyl 2018 18:42:00 321 0

Türkiyədə "Azərbaycan rüzgarı" adlı veriliş efirə gedəcək

Türkiyənin "Bengü türk" televiziyasında "Azərbaycan rüzgarı" verilişi efirə gedəcək.

Son.az bildirir ki, bu haqda verilişin müəllifi və aparıcısı Səidə Ömərova özəl olaraq "Palitra"ya məlumat verib. Həftədə bir dəfə yayımlanacaq verilişin məqsədi Türkiyədə Azərbaycan ədəbiyyatını, tarixini, mədəniyyətini yaşatmaq və tanıtmaqdır. 

Səidə Ömərova bildirib ki, verilişdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və tarixi ilə bağlı mövzulardan söhbət ediləcək: "Ümumiyyətlə, verilişdə türk dünyasının ortaq mövzuları müzakirə olunacaq. Verilişdə əsasən Azərbaycan şairlərinin şerləri, eləcə də Azərbaycan mahnıları səslənəcək. Həmçinin Azərbaycan Türkiyə qardaşlığına üstünlük verən sənət adamları qonağım olacaq".