“Hədəflərim yüksəkdir” Repetitor yanına getmədən 700 bal toplayan Nərmin VİDEO FOTO


Digərləri 31 İyl 2018 18:24:00 350 0

“Hədəflərim yüksəkdir”  Repetitor yanına getmədən 700 bal toplayan Nərmin  VİDEO  FOTO

İlk imtahanda 690 bal toplasa da, bununla razılaşmayan nərmin ikinci imtahanda məqsədinə çatıb.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü liseyin məzunu İsmayılova Nərmin Etibar qızı DİM tərəfindən keçirilmiş III ixtisas qrupu üzrə imtahanda 700 bal toplayıb.  

Oxuduğu məktəbi maksimum nəticə ilə bitirən Nərminə Şəki Təhsil Şöbəsi rəhbərliyi tərəfindən fərqlənmə attestatı verilib.

Nərmin İsmayılova - Məzun: "İlin əvvəlində məqsədim əslində 690 bal toplamaq idi. Lakin birinci imtahandan sonra gördüm ki, mən 700-ə xeyli yaxınlaşmışam. Dedim ki, niyə də olmasın? Məhz buna görə də daha dərindən hazırlaşdım və nail oldum. Hədəflərim yüksəkdir. İxtisasımı öyrəndikdən sonra əsasən sosial işlərdə daha yaxından iştirak etmək istəyirəm".

Heç bir repetitor yanına getməyən Nərmin, göstərdiyi maksimum nəticə ilə məktəb təhsilinin nə qədər önəmli olduğunu bir daha sübut etmiş olub. Onun sözlərinə görə, yüksək nəticə göstərmək üçün dərslərə sistemli şəkildə hazırlaşmaq lazımdır. 

Ən böyük istəyi hüquqşunas olmaq olan Nərmininin addımladığı bu yolda ona ən böyük dəstəkçiləri isə müəllimləri və valideynləri olub.


Xəbərə aid fotolar