"Daha güclü Qarabağ istəyirik"


İdman 31 İyl 2018 18:29:00 258 0

"Daha güclü Qarabağ istəyirik"

“Oyuna hazırlıq zamanı qapının təhlükəsizliyi üzərində çox çalışdıq. Ancaq təkcə müdafiə olunmayacaq, əks-hücumlara atılmaq riskini də göz önünə alacağıq”. Goal.az xəbər verir ki, bunu “Kukesi”nin  yarımmüdafiəçisi Besar Musolli deyib.

Albaniya təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq. Səfər öncəsi yerli mətbuata açıqlama verən Musolli müsbət nəticəyə ümid edir. 29 yaşlı futbolçu növbəti mərhələni hədəflədiklərini vurğulayıb:

“Müəyyən dərəcədə məqsədimizə çatdığımızı deyə bilərəm. İlk görüşdə istədiyimizi aldıq. Amma indi daha güclü “Qarabağ” gözləyirik. Digər tərəfdən təzyiq rəqibin üzərində olacaq. Biz eyni formada çıxış edəcəyik. Üstünlük əldə etmək üçün qol vurmağa çalışacağıq. Bizim xəyalımız qrup mərhələsidir. Hazırda Çempionlar Liqasında mübarizə aparırıq. Bu turnirdə bacardığımızı ortaya qoymaq, daha sonra Avropa Liqasındakı vəziyyətə baxmaq istəyirik”.

Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Kukesi” qarşılaşması 21:00-da start götürəcək.