Şəkərli diabet xəstələri ilə bağlı yeni sərəncam imzalandı


Digərləri 31 İyl 2018 18:00:00 248 0

Şəkərli diabet xəstələri ilə bağlı yeni sərəncam imzalandı

Səhiyyə Nazirliyində "Şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin yaxşılaşdırılması, keyfiyyət və səmərəliyinin artırılması üzrə tədbirlərin sürətləndirilməsi haqqında" sərəncam imzalanıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, sərəncamda "2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı"nın icrası üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Fəaliyyət Planında göstərilmiş tədbirlərin sürətləndirilməsi məqsədi ilə işçi qrupu yaradılıb.

Sənəddə işçi qrupuna şəkərli diabet xəstələrinə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səmərəsinin artırılması üzrə tədbirlər planı təsdiq edib. Planın icrası barədə mütəmadi olaraq Səhiyyə Nazirliyinə hesabatın təqdim edilməsi tapşırılır.