Fəridə Əzizovanın evindən oğurluq edənlər məhkəmə qarşısında


Digərləri 31 İyl 2018 18:06:00 350 0

Fəridə Əzizovanın evindən oğurluq edənlər məhkəmə qarşısında

Bakıda tanınmış qadın idmançı Fəridə Əzizovanın evindən külli miqdarda pul oğurlamaqda təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə hakim Azad Məcədovun icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 6-na təyin edilib.

Qeyd edək ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 70 min manata yaxın pul olan seyf oğurlanıb.