Borussia Çin klubunda çıxış edən futbolçunu istəyir


İdman 31 İyl 2018 18:06:00 357 0

Borussia Çin klubunda çıxış edən futbolçunu istəyir

Borussia heyətini yeni futbolçu ilə gücləndirmək istəyir. Goal.az xəbər verir ki, Dortmund təmsilçisi belçikalı yarımmüdafiəçi Aksel Vitselin xidmətində maraqlıdır. “Qara-sarılar”ın Çinin Tianjin Quanjan klubunda forma geyinən Vitsel üçün 20 milyon avro ödəyəcəyi bildirilir. Çin təmsilçisi ilə son 2 mövsümdə 46 qarşılaşmada iştirak edən Vitsel, 6 qolla yadda qalıb.

Borussia Dortmund daha öncə Real-dan Əşrəf Hakimini, Werder-dən Tomas Deleynini, Mainz-dan Abdu Diallonu transfer edib.