Avqust ayının hava proqnozu açıqlandı


Digərləri 31 İyl 2018 17:50:00 243 0

Avqust ayının hava proqnozu açıqlandı

Avqust ayına olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, avqust ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Avqust ayının birinci ongünlüyündə hava şəraitinin sabit keçəcəyi, şimal küləyinin üstünlük təşkil edəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 25-28 dərəcə isti (gecələr 22-27, gündüzlər 30-35, bəzi günlərdə 37-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 6-8 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 25-29 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 40-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 6-10 mm) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 17-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 22-27, bəzi günlərdə 30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 32-55 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında