İsfahanda etiraz aksiyası keçirildi


Digərləri 31 İyl 2018 17:55:00 201 0

İsfahanda etiraz aksiyası keçirildi

İranın İsfahan şəhərində ölkədəki iqtisadi problemlərə etiraz olaraq, aksiya keçirilib.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

İsfahan şəhərindəki Əmir Kəbir Sənaye saytı bildirib ki, sahibkarlar və yük sürücüləri ölkədəki bahalıq və dolların kursunun yüksəlməsinə etiraz aksiyası keçiriblər.

Aksiyada hakimiyyət əleyihinə şüarlar irəli sürülüb. Etirazçılara motosklet sürən sakinlər və taksi sürücüləri də dəstək verib. Aksiyada İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə ölüm şüarı da səsləndirilib. İsfahandakı örtülü bazarın sahibkarlarının da etiraz yürüşünə qatıldığı barədə məlumat yayılıb.