Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb edilib


Digərləri 31 İyl 2018 16:55:00 229 0

Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb edilib

İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə iki qrup üzrə təlim kursları təşkil edilib.

Bakı. Cocuq Mərcanlıda 25 nəfər özünüməşğulluq proqramına cəlb edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ƏƏSMN tərəfindən icra edilən və aztəminatlı ailələrin sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramı Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndini də əhatə edir. Cocuq Mərcanlı kəndində özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslərdən müvafiq potensiallara malik 25 nəfər özünüməşğulluq proqramına cəlb olunub. İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara yiyələnmələri məqsədilə iki qrup üzrə təlim kursları təşkil edilib.