BakıSumqayıt yolunun bir hissəsi yenidən quruldu FOTO


Digərləri 31 İyl 2018 16:45:00 253 0

BakıSumqayıt yolunun bir hissəsi yenidən quruldu  FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində, daha dəqiqi Bakı Beynəlxalq Avtovağzalı kompleksinin qarşısından Xırdalan dairəsinədək və əks istiqamətdə olan hissəsində təmir-tikinti işləri yekunlaşdırılıb.

Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, yolun uzun müddət (2008-ci ildən) istismar olunmasına baxmayaraq təmir olunmaması, asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən üst qatının aşınmaya məruz qalması, üstəlik yol ayrıcında əyri-xətli dəmir tirlərin sökülərək yolun bu hissəsində, həmçinin kənar hissələrdə də genişləndirilməsindən sonra asfalt örtükdə yaranan deformasiyalar səbəbindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-18-ci kilometrlik hissəsinin yenidən qurulmasına ehtiyac yaranmışdı.

Bu səbəbdən də iyun ayının 27-dən etibarən sözügedən hissədə təmir işlərinə start verilmişdi. Yenidənqurma işləri çərçivəsində avtomobil tunelinin çıxışından Xırdalan dairəsinə qədər və əks istiqamətdə olan hissədə yolun aşınmaya və deformasiyaya məruz qalan asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə yol əsasında əlavə kipləşdirmə işləri aparılıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Ümumilikdə bu işlər 170 min kv.m-dən çox ərazini əhatə edib.

Bu istiqamət üzrə hərəkət intensivliyi nəzərə alınaraq yenidənqurma işlərinin 1-ci mərhələ üzrə yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlı qüvvə cəlb olunmuşdu.


Xəbərə aid fotolar