“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir


Digərləri 31 İyl 2018 16:29:16 242 0

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni Bakı Limanına köçmə ilə əlaqədar Quru Yük Terminalında mövcud olan 5 saylı metal konstruksiyalı yük anbarının sökülüb yeni Bakı limanında quraşdırılması işlərinin satınalınması ilə bağlı açıq müsabiqə elan edir.

Bakı. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC yeni Bakı Limanına köçmə ilə əlaqədar Quru Yük Terminalında mövcud olan 5 saylı metal konstruksiyalı yük anbarının sökülüb yeni Bakı limanında quraşdırılması işlərinin satınalınması ilə bağlı açıq müsabiqə elan edir. QSC-dən Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlər (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 07 avqust 2018-ci il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş ikiqat zərfdə 09 avqust 2018-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Zərflərin açılışı 10 avqust 2018-ci il saat 15.00-da yuxarıda qeyd olunan ünvanda həyata keçiriləcəkdir.