"Azərbaycanda 10 körpədən yalnız 2si həyatının ilk saatında ana südü ilə qidalandırılır"


Digərləri 31 İyl 2018 15:58:00 284 0

"Azərbaycanda 10 körpədən yalnız 2si həyatının ilk saatında ana südü ilə qidalandırılır"

BMT-nin Uşaq Fondunun (UNICEF) və Ümudünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında deyilir ki, dünyada təxminən 78 milyon körpənin və ya hər beş körpədən üçünün doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanmaması bu körpələr arasında ölüm və xəstəlik riskini artırır, davamlı şəkildə ana südü ilə qidalanma ehtimalını isə azaldır.

Son.az Trend-ə istinadən bildirir ki, sözügedən körpələrin əksəriyyəti aşağı və orta gəlirli ölkələrdə dünyaya göz açır ki, burada onların ana südü ilə qidalanması həyatı xilas edə bilər.

"Məqamı yaxala (Capture the Moment)" adlı həmin hesabata əsasən, Azərbaycan körpələrin 20%-dən az bir hissəsinə həyatlarının ilk saatında ana südü verilməsinə başlanılması göstəricisi ilə azsaylı ölkələr qrupuna daxildir. Bu göstərici 20%-dən aşağıdır. Bu da onu göstərir ki, Azərbaycanda hər 10 yeni doğulan körpədən yalnız ikisinə həyatlarının ilk saatında ana südü verilir.

Hesabatda qeyd olunur ki, doğuşdan sonra həyatının ilk saatında ana südü ilə qidalanan körpələrin sağ qalmaq ehtimalı əhəmiyyətli dərəcədə daha yüksəkdir. Dünyaya göz açdıqdan sonra bu cür qidalanma ilə bağlı hətta bir neçə saatlıq ləngimə körpələrin həyatı üçün təhlükə törədən fəsadlara yol aça bilər. Doğuşdan dərhal sonra döşlə yedizdirilmə vasitəsilə ana ilə köprə arasında dəri təması qidalı maddələrlə və anticisimlərlə həddindən artıq zəngin olan və "körpənin ilk peyvəndi" adlandırılan ana südünün, o cümlədən ağız südünün əmələ gəlməsini stimullaşdırır.

UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvar Karvardin bildirib ki, uşaqların ana südü ilə qidalanması onlara həyata maksimum yaxşı başlanğıc təqdim edir: "Biz Azərbaycanda ana südü ilə qidalanmanın təşviq edilməsi istiqamətində hökumətə göstərdiyimiz dəstəkdən məmnun olsaq da, bununla bağlı analara onların ailə üzvləri, tibb işçiləri, işəgötürənlər və hökumət tərəfindən verilən dəstəyi təxirə salınmadan artırmalıyıq ki, analar öz uşaqlarının həyata layiq olduqları kimi başlamasını təmin edə bilsinlər".

UNICEF-in Azərbaycandakı nümayəndəliyi 2016-cı ildən başlayaraq bir sıra fəaliyyətlər vasitəsilə ana südü ilə qidalandırmanın təbliğ edilməsi sahəsində Səhiyyə Nazirliyinə dəstək göstərib. Bura birgə ünsiyyət kampaniyalarından tutmuş səhiyyə mütəxəssisləri üçün təlimlərin keçilməsinədək müxtəlif fəaliyyətlər daxil olub.

E.Karvardin bildirib: "Səhiyyə Nazirliyi səhiyyə müəssisələrinin ana südü ilə qidalandırma praktikası üzrə beynəlxalq standartlara cavab verməsini təşviq etmək məqsədilə, UNICEF-in dəstəyi ilə Körpə Dostu Xəstəxana Təşəbbüsünü gücləndirməyi planlaşdırır".

76 ölkənin məlumatlarının təhlil olunduğu "Məqamı yaxala" adlı hesabatda bu qənaətə gəlinir ki, həyatın ilk saatlarında ana südü ilə qidalandırmanın əhəmiyyətinə baxmayaraq, olduqca çox sayda körpə müxtəlif səbəblərdən çox uzun müddət gözləməli olur: