Manchester United-in sabiq futbolçusu Türkiyənin aşağı divizionunda


İdman 31 İyl 2018 15:32:00 298 0

Manchester United-in sabiq futbolçusu Türkiyənin aşağı divizionunda

Türkiyənin 1-ci liqa klubu Adana Demirspor bir vaxtlar ümidlə baxılan futbolçu ilə müqavilə imzalayıb. Goal.az xəbər verir ki, aşağı liqa təmsilçisi Manchester United-in keçmiş futbolçusu Andersonu transfer edib. Braziliyalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

7 mövsüm “qırmızı şeytanlar”ın formasını geyinən futbolçunun son klubu Braziliya İnternacional-ı olub. “Sambaçı” United-dən başqa, Porto, Fiorentina kimi klubların da şərəfini qoruyub.