Avtobuslarda gediş haqqının artırılması ilə bağlı


Digərləri 31 İyl 2018 15:16:00 308 0

Avtobuslarda gediş haqqının artırılması ilə bağlı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobuslarda gediş haqqının artırılması məsələsinə aydınlıq gətirib.

Xidmətdən Son.az-a daxil olan məlumatda bildirilir ki, qurum Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir:

"Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir.

Sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub.

Bu müddət ərzində, bildiyiniz kimi, nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb.