"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var"


Siyasət 31 İyl 2018 15:02:00 277 0

"Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var"

BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub. 

Son.az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın nazirlər arasında görüşə dair konkret razılığın olmaması barədə açıqlamasını şərh edərkən deyib. O bildirib ki, həmin görüşdən əvvəl də görüş keçirilməsi məsələsi var: "Prinsipial razılıq əldə olunub ki, nazirlər BMT Baş Assambleyası çərçivəsində görüşsünlər. Ondan öncə də görüşün keçirilməsi barədə məsələyə baxılır. O ki qaldı Tiqran Balayanın dediyinə, onun yəqin bu məsələlərdən xəbəri yoxdur".