Polis polkovniki:


Digərləri 31 İyl 2018 15:07:00 366 0

Polis polkovniki:

2017-ci il noyabrın 9-u təxminən axşam saat 7-8 radələrində Bakının Mehdiabad qəsəbəsi ərazisində qəza baş vermişdi. Qəza nəticəsində Şükürov Rəşad ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilərək, həkimlərin təcili müdaxilələri nəticəsində yaralının həyatını xilas etmək mümkün olmuşdu.

Bakıda cinayətkar kameralardan necə qaçdı? - FOTOFAKT

Lakin Rəşadın anası Aybəniz Şükürova hadisənin üstündən 8 ay keçməsinə baxmayaraq övladını bu hala salan sürücünün saxlanılaraq istintaqa cəlb edilməməyindən narahatdır.

Son.az-ın araşdırması zamanı hadisənin baş verdiyi ərazi yaxınlığında DYP kamerasının olduğu məlum olub. 

Ailəyə işi araşdıran Abşeron Rayon Polis İdarəsindən qəza anının kameraya düşdüyü, lakin avtomobilin qeydiyyat nişanının aydın görünmədiyi deyilib.

Piyadanı vuran avtomobilin qeydiyyat nişanı ərazidəki kameraya düşməyibsə, onu digər DYP kameraları ilə də araşdırıb, təyin etmək mümkün deyil?

Bu sualla Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədova müraciət etdik.