Avropa Komissiyası TANAPın maliyyələşdirilməsini artıracaq


Digərləri 31 İyl 2018 14:57:00 239 0

Avropa Komissiyası TANAPın maliyyələşdirilməsini artıracaq

Avropa Komissiyası "Cənub Qaz Dəhlizi" layihəsinin tərkib hissəsi olan Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 5 milyon avro həcmində qrant ayıracaq.

Son.az bildirir ki, Trend bu barədə TANAP konsorsiumuna istinadən məlumat verir.

Qeyd olunur ki, vəsait Avropa İttifaqının "CEF Energy" fondundan mühəndis işlərinin monitorinqinə və katod müdafiəsinin layihələndirilməsi zamanı modifikasiya işlərinə yönləndiriləcək.

Xatırladaq ki, 2014-cü ildən Avropa İttifaqı TANAP layihəsi üçün ümumilikdə 15 milyon avro həcmində qrantlar ayırıb.

Qeyd edək ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.