Avropa Komissiyası TANAP-ın maliyyələşdirilməsini artıracaq


Digərləri 31 İyl 2018 14:27:00 250 0

Avropa Komissiyası TANAP-ın maliyyələşdirilməsini artıracaq

Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 5 milyon avro həcmində qrant ayıracaq

Bakı. Ləman Zeynalova – Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 5 milyon avro həcmində qrant ayıracaq. Trend bu barədə TANAP konsorsiumuna istinadən məlumat verir. Qeyd olunur ki, vəsait Avropa İttifaqının “CEF Energy” fondundan mühəndis işlərinin monitorinqinə və katod müdafiəsinin layihələndirilməsi zamanı modifikasiya işlərinə yönləndiriləcək. Xatırladaq ki, 2014-cü ildən Avropa İttifaqı TANAP layihəsi üçün ümumilikdə 15 milyon avro həcmində qrantlar ayırıb.