Federasiya prezidenti istefa verdi


İdman 31 İyl 2018 14:13:00 301 0

Federasiya prezidenti istefa verdi

Uruqvay Futbol Assosiasiyasının prezidenti Vilmar Valdes istefa verib. Goal.az xəbər verir ki, 2014-cü ildən bu postu tutan funksioner seçkilərdən bir gün öncə qərarını açıqlayıb. Valdes bunu şəxsi xarakterli ailə motivləri ilə əsaslandırıb. Onun yeni seçkilərdə postunu qorumaqdan imtinası nəticəsində iki namizəd qalıb. Bunlar Arturo Kampo və Eduardo Abulafiyadır. Uruqvay klublarının əksəriyyətinin məhz Valdesi dəstəkləyəcəyi bilindiyi üçün seçkilərdə aşkar favorit bəlli idi. Valdesin rəhbərliyi dövründə keçirilən DÇ-2018-də Uruqvay millisi 1/4 finala qədər irəliləyib.