Azərbaycanda sənaye parkları üçün idxal-ixrac əməliyyatları sadələşdiriləcək (FOTO)


Digərləri 31 İyl 2018 14:12:00 351 0

Azərbaycanda sənaye parkları üçün idxal-ixrac əməliyyatları sadələşdiriləcək (FOTO)

“Sumqayıt kimya-sənaye parkı” MMC, “Balaxanı sənaye parkı” MMC, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və “Yaşıl dəhliz” QSC bu gün Bakıda anlaşma memorandumu imzalayıb

Bakı. İlkin Şəfiyev - “Sumqayıt Kimya Sənaye Parkı ” MMC, “Balaxanı Sənaye Parkı” MMC, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi və “Yaşıl Dəhliz” QSC bu gün Bakıda anlaşma memorandumu imzalayıb. Trend-in məlumatına görə, imzalanma mərasimi “Yaşıl Dəhliz – Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi” mövzusunda “dəyirmi masa” zamanı baş tutub. Sənəd sənaye parkları üçün idxal-ixrac əməliyyatlarınını sadələşdirilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Qeyd edək ki, hazırda Azərbaycanda beş sənaye parkı - Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı, Qaradağ, Mingəçevir sənaye parkları, eləcə də dörd sənaye zonası - Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye zonaları yaradılıb.