"Metroda köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil"


Digərləri 31 İyl 2018 13:50:00 333 0

"Metroda köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil"

Bakı metropolitenində köhnə qatarların kondisionerlə təchizatı mümkün deyil.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, həmin qatarların kondisionerlə təchiz edilməsi həmin qatarların konstruksiyasında nəzərdə tutulmayıb: "Bu yalnız yeni alınan qatarlarda mümkündür. Yeni qatarların alınması mərhələli davam edir. Qatarlar istismar müddətini başa vurduqca xətdən çıxarılır. Praktik olaraq köhnə vaqonlara kondisioner quraşdırılması mümkün deyil".