Qubada və Şabranda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur (FOTO)


Digərləri 31 İyl 2018 13:35:00 271 0

Qubada və Şabranda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur (FOTO)

Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir.

Bakı. Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir. Hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri yanğınsöndürmə işlərində iştirak edir.